Eyfel qülləsində qısaqapanma siqnalı
Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsi elektrik naqilində baş verən qəzadan sonra təhlükəsizlik səbəbilə boşaldılıb.
Səlahiyyətlilər qısaqapanmanın səbəbinin araşdırıldığını və qüllənin gün ərzində tədricən ziyarətçilərin üzünə açılmasının gözlənildiyini bildirib.
Yerli media qüllə operatoru “SETE” şirkətinin mənbələrinə istinadən qüllənin liftlərindəki elektrik relslərindən birinin qısaqapandığını bildirib.
İkinci mərtəbə ilə qüllənin yuxarı hissəsi arasında yaranan texniki problem yerli vaxtla səhər saat 10.50-də yanğın siqnalının verilməsinə səbəb olub.
Səlahiyyətlilər binanı təhlükəsizlik prosedurlarına uyğun olaraq boşaldıb və ziyarətçilərin təhlükə altında olmadığını açıqlayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...