Etna vulkanında yenidən lava axını baş verib
İtaliyanın Siciliya adasındakı Etna vulkanında yenidən lava axınının baş verdiyi bildirilir.
Təxminən 3 min 300 metr yüksəklikdə olan vulkanın "Bocca Nuova (Yeni Ağız)" adlı kraterinin cənub yamacında fevralın 8-də əmələ gələn çatdan başlayan lava axını dünən axşam saatlarında yenidən baş verib.
Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mətbuatla paylaşdığı məlumatda vulkanda lava axını ilə yanaşı, zəif kül püskürmə fəaliyyətinin də olduğu bildirilib.
Digər media xəbərlərində Etnadakı vulkanik aktivliyin hava nəqliyyatına mənfi təsir göstərmədiyi ifadə edilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...