Etna vulkanı yenidən fəallaşıb
Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.
Fhnews.az xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki Voraqin kraterindən güclü lava axını müşahidə edilib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanın püskürdüyü kül və toz dumanı təxminən 9,5 kilometr hündürlüyə qalxıb.
Vulkanın ətəyindəki yaşayış məntəqələrinə yayılan kül və toz dumanı hava nəqliyyatına da mənfi təsir göstərib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...