Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerji sisteminə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.
Tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak ediblər.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...