2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar müraciət edənlərin sayı açıqlanıb

25-02-2025
IMG

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar olaraq fevralın 24-dən indiyədək 90 nəfər müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 15 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

Paylaş: