Elm və Təhsil Nazirliyinə ötən iki həftədə 67 mindən çox vətəndaş müraciəti daxil olub
Avqustun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 67 min 202 vətəndaş müraciəti daxil olub.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müraciətlərin 45 min 193-ü çağrı mərkəzləri, 634-ü sosial media, 7334-ü vatsap vasitəsilə, 2497-si elektron, 1401-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 10 min 143 müraciət qeydə alınıb.
Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, ali təhsil müəssisələrinə qəbul, direktorların işə qəbulu və digər məsələlərlə bağlı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...