Elm adamları yadplanetlilərin işarəsi olduğu düşünülən məşhur siqnalın sirrini açıb
Siqnalın nadir bir astronomik hadisə ilə bağlı ola biləcəyi ehtimal edilir. ABŞ-nın Ohayo Dövlət Universitetinə bağlı Big Ear Radio Teleskopu 15 avqust 1977-ci ildə anomaliya aşkar edib. Teleskopun qeydlərini nəzərdən keçirərkən bu güclü siqnalı görən Cerri Ehman hesabatın yanına "Wow" qeydini yazıb.
Təxminən 50 ildir ki, alimlər cəmi 72 saniyə davam edən bu son dərəcə güclü radiosiqnalın səbəbini anlamağa çalışıblar.Bəziləri onların digər sivilizasiyalarla ünsiyyət qurmaq istəyən qabaqcıl yadplanetlilər tərəfindən göndərildiyini irəli sürüb.
Bu radio siqnalı hidrogen atomlarının enerji vəziyyəti dəyişdikdə ortaya çıxan təxminən 1420 MHz tezliyə malik hidrogen xəttindən gəlib. Bu tezlikdə hidrogen xəttinin ünsiyyət qurmağa çalışan yadplanetlilərin əlaməti ola biləcəyi düşünülürdü. Bu qeyd siqnalın həm qısamüddətli olması, həm də dar bir radiotezlik diapazonunda aşkarlanması yadplanetli variantını gücləndirdi.
Bununla belə, siqnalın yalnız bir dəfə aşkarlanması onun qəsdən göndərilməsi ehtimalını aradan qaldırır. Bundan əlavə, bəzi alimlər düşünürlər ki, bir çox ulduzlar bu tezlikdə radio dalğaları yaydıqları üçün yadplanetlilər ünsiyyət üçün bunu seçməyəcəklər.Arecibodakı Puerto Riko Universitetinin astrobioloqu Abel Mendezin rəhbərlik etdiyi araşdırmada siqnalın hidrogen buludundan və neytron ulduzundan qaynaqlandığı ehtimal edilir.
Alimlər 12,5 işıq ili uzaqlıqdakı Teegarden Ulduzunun yaxınlığında əvvəllər aşkar edilmiş 4 siqnal tutublar, amma bunlar “Wow"siqnalı qədər güclü olmayıb.Tədqiqatçılar onun hələ də sirli hadisəyə dair fikir verə biləcəyini düşünürdülər.
Hələ nəzərdən keçirilməmiş və arXiv preprint serverində dərc edilmiş araşdırmaya görə, “Teegarden's Star” yaxınlığındakı siqnallar ulduzlararası mühitdə soyuq hidrogen buludu ilə əlaqələndirilir. Tədqiqatçılar 1420 MHz-ə yaxın bir siqnalın hidrogen buludundan keçən maqnitardakı partlayışdan yayılan şüalanma nəticəsində yarana biləcəyini iddia edirlər.
Neytron ulduzları, supernova partlayışında ulduzların ölümündən sonra ortaya çıxır və maqnitlər çox güclü maqnit sahəsinə malik neytron ulduzları nəzərdə tutur.Maqnetarlar güclü rentgen və qamma şüaları ilə tanınır.
Qırmızı cırtdan Teegarden Ulduzunun sirli siqnalı üzə çıxaracaq qədər güclü bir partlayışa ev sahibliyi etməsi çətin görünür, lakin buna digər neytron ulduzları səbəb ola bilər.
Yeni araşdırma siqnalın niyə yalnız bir dəfə alındığını da izah edə bilər, çünki belə bir hadisənin çox nadir hallarda baş verməsi gözlənilir.Tədqiqat qrupu oxşar müşahidələri araşdırmağa davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...