Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, 55 kiloqramda mübarizə aparan idmançı həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşıb. Rəqibinə xalların keyfiyyətinə görə qalib gələn E.Əzizli dördüncü dəfə dünya çempionu olub. O, daha əvvəl 2018, 2022 və 2023-cü illərdə keçirilən dünya çempionatlarında qızıl medal qazanıb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...