Ekvadorda quraqlıq səbəbindən enerji böhranı
Ekvadorda son quraqlıq səbəbindən gündə 12 saata qədər elektrik enerjisi kəsiləcək.
Yerli mətbuatın yaydığı xəbərə görə, Ekvador Energetika və Mədən Nazirliyindən verilən açıqlamada, ölkədə bu gündən etibarən gündə 12 saata qədər elektrik kəsilməsinin başlayacağı bildirilib.
Açıqlamada ölkə daxilində elektrik enerjisinin kəsilməsinin həyata keçiriləcəyi, bu müddət ərzində Aqoyan və San Fransisko istilik elektrik stansiyalarında fövqəladə texniki xidmətin aparılacağı bildirilib.
Qeyd edək ki, Ekvador son 60 ilin ən ciddi quraqlıq problemi ilə mübarizə aparır və enerji ehtiyacının 72 faizini su elektrik stansiyalarından qarşılayır.
Ekvador prezidenti Daniel Noboa Kolumbiyaya səfəri zamanı prezident Qustavo Petro ilə görüşüb və enerji böhranı ilə bağlı yardım istəyib. Lakin Kolumbiya quraqlıq səbəbindən enerji istehsalında problemlər yaşadığı üçün Ekvadora elektrik enerjisi ixracını azaltmalı olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...