Ekvador Prezidenti ölkədəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb
Ekvador Prezidenti Daniel Noboa quldur dəstələrinə qarşı tədbirlər hazırlamaq üçün ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Fhnews.az xəbər verir ki, bu barədə dövlət başçısı X (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.
"İctimai və Dövlət Təhlükəsizliyi Şurası yenicə çağırılıb. Biz terrorçu qrupların ölkədə asayişi pozmasına imkan verməyəcəyik", - deyə Daniel Noboa bildirib.
Qeyd edək ki, Ekvadorda son illər cinayətlərin sayı kəskin artıb. Bir qədər əvvəl ölkədə silahlı şəxslər “TC Television” telekanalına soxularaq canlı yayımda olan aparıcıları girov götürmüşdülər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...