Egeydəki Yunan adalarında zəlzələ riski qalmaqdadır
Yunanıstan Zəlzələ ilə Mübarizə Təşkilatının prezidenti Efthimios Lekkas Santorini və Yamurgi adaları arasında meydana gələn seysmik aktivliyin uzun müddət davam edəcəyini və daha böyük zəlzələ riskinin davam etdiyini deyib.
Lekkas paytaxt Afinada mətbuata verdiyi açıqlamada bildirib ki, bu, həftələr, hətta aylar sürə biləcək uzun bir prosesdir. Bu cür seysmik hərəkətlər asanlıqla bitmir.
Santorini adasının son 30 ildə plansız böyüdüyünü və qeyri-qanuni tikintilərin ciddi həddə çatdığını ifadə edən Lekkas bu vəziyyətin böyük risk yaratdığının vurğulayıb.
Lekkas “Bu ada vulkan püskürmələri, zəlzələlər, sürüşmələr və eroziya kimi təbii proseslər nəticəsində yaranıb. Bu gün insan müdaxiləsi bu təbii proseslərin fəlakətə çevrilməsinə səbəb olur"-deyə əlavə edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...