Egeydəki seysmik aktivliyə görə adalarda görülən tədbirlər uzadılıb
Yunanıstanda son günlərdə Egey dənizində seysmik hərəkətdən təsirlənən adalarda görülən tədbirlərin uzadılmasına qərar verilib.Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, Seysmik Riskin Qiymətləndirilməsi Komitəsi seysmik fəaliyyətdən təsirlənən adalarda görülən tədbirlərin uzadılmasına qərar verib.
Görüşdən sonra açıqlama verən seysmoloq Kostas Papazahos vətəndaşları görülən tədbirlərə ciddi şəkildə əməl etməyə çağırıb.O, əhalinin izdihamlı qapalı məkanlarda olmaması, ada sakinlərinin təhlükəsiz marşrutlara üstünlük verməsi və Santorinidəki bəzi limanlardan istifadə etməməsi kimi ehtiyat tədbirlərinin davam etdiyini vurğulayıb.
Papazahos Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında təhsildə fasilənin fevralın 14-dək uzadılmasına qərar verildiyini bildirib və əlavə edib ki, fevralın 1-dən bəri Santorini yaxınlığında maqnitudası 3,0-dan çox olan 1100-dən çox zəlzələ baş versə də strukturlarda heç bir problem müşahidə edilməyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...