Egey sahillərində "Mobil siren sistemi" yerləşdirilib
Egey dənizində davam edən zəlzələ fırtınası sonrası yarana biləcək sunami və fövqəladə hallar barədə xəbərdarlıq etmək üçün Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi tərəfindən Muğlaya göndərilən səyyar siren sistemi Bodruma yerləşdirilib.Bu barədə qərar AFAD-ın "Santorini Adası Seysmik Fəaliyyət və Mümkün Risklərin Qiymətləndirilməsi Yığıncağı" çərçivəsində verilib. Ətrafı zolaqla əhatə olunan və dörd səsgücləndiricisi olan sistem mümkün sunami və fövqəladə hallar zamanı yerli əhalini xəbərdar edəcək.
Mobil siren sistemi quraşdırma prosesindən sonra işə başlayıb.
Sistem İzmirin Seferihisar, Aydının Didim və Muğlanın Datça rayonlarında da sahilyanı ərazilərdə də quraşdırılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...