2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Egey dənizində ardıcıl zəlzələlər qeydə alınıb

11-02-2025
IMG

Bu gün səhər saatlarında yerli vaxtla saat 08:58-də Egey dənizi sahillərində maqnitudası 4,7, dərinliyi 7 km olan zəlzələ baş verib.

Qeyd edək ki, Egey dənizindəki Santorini adası ətrafında seysmik aktivlik fasiləsiz olaraq davam edir. Yanvarın 26-da başlayan zəlzələ fırtınası zamanı 9 mindən çox təkan qeydə alınıb. Ötən gecə saat 22.05 radələrində Egey dənizində 5,1 bal gücündə daha bir zəlzələ baş verib. Zəlzələ İzmir və Aydında da bir qədər hiss olunub.

Son dəqiqə açıqlamalarına görə, Türkiyədə hiss olunan son zəlzələlər belədir:

2025-02-11 08:58:33 - 4,7 - Egey dənizi 
2025-02-11 08:43:47 - 4,2 - Egey dənizi 
2025-02-11 08:14:27 - 4,3 - Egey dənizi

Paylaş: