Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 146-ya çatıb
Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 146-ya çatıb.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, torpaq sürüşməsi bazar ertəsi yerli vaxtla səhər saat 10 radələrində Efiopiyanın cənubundakı Geze Qofa rayonunda baş verib.
Rayonun baş administratoru Misikir Mitiku ölənlərin arasında uşaqların da olduğunu bildirib. Onun sözlərinə görə, xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının artacağı ehtimal olunur.
Qeyd edək ki, Efiopiyada hər il iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edən yağışlı mövsüm torpaq sürüşmələrinə səbəb olur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...