Dünyanın әn gözәl çimәrliyi- Ölüdәniz…
Ölüdәniz Egey bölgәsindә yerlәşәn istirahәt mәrkәzidir. Ölüdəniz mavinin hər tonuna malik dәnizi, diqqәtlәri cәlb edәn çimərliyi, təbiətin qoynunda gizlənmiş tarixi xarabalıqları ilə yalnız Türkiyənin deyil, dünyanın ən gözəl istirahət məkanlarından biridir. 2006-cı ildə “Dünyanın ən gözəl çimərliyi” seçilən Ölüdəniz həm də ‘‘Blue Lagoon’’ kimi tanınır.
Qәdim tarixә malik Ölüdәniz Likyalılar tәrәfindәn ‘‘ışıq vә günәş’’ ölkәsi, orta әsrdә isә ‘‘uzaq diyar’’ olaraq adlandırılırdı. Ölüdәniz çimәrliyi ‘‘üzmәk üçün tamamilә tәhlükәsiz vә tәmiz’’ mәnasına gәlәn Mavi Bayraq sahibidir.
Adı kimi sakit və durğun bir gölə bənzəyən Ölüdəniz ən fırtınalı günlərdə belə sakitliyini qoruyur. Dəniz durğun olmasına baxmayaraq çox tәmizdir.
Yamac paraşütçülərinin məşhur uçuş nöqtəsi olan Babadağın ətəyində yerləşən Ölüdəniz gözəl mənzərəsi və mülayim hava şəraiti ilə yamac paraşütü uçuşu hәyata keçirmәk istәyәnlәr üçün dünyanın ən yaxşı sahələrindən biridir. Möhtəşəm təbiəti, trekking marşrutları, ləzzətli yeməkləri və arxeoloji sahәlәri ilə məşhur olan Ölüdəniz ilin istənilən vaxtında ziyarət edә bilәcәyiniz istirahәt mәkanlarından biridir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...