Dünyanın meşələrdə əmələ gələn ikinci ən böyük traverti
Dünyaca məşhur Pamukkale travertinlərindən başqa Türkiyənin Qara dəniz bölgəsində daha bir travertin sahəsi var. Giresun vilayətinin Dərəli qəsəbəsində Pamukkaleyə oxşar Göksu travertinləri ABŞ-dakı Yellovstone Milli Parkından sonra meşədə meydana gələn dünyanın ikinci ən böyük traverten bölgəsidir.
Kuzalan Təbiət Parkının təxminən 4 kilometrliyində yerləşən Göksu travertinləri firuzəyi və ağ rəngləri ilə Pamukkaleyə oxşayır. Mineral dəyəri yüksək olan sodalı suyun əmələ gətirdiyi travertinlərin yerləşdiyi ərazi terras şəklində böyük və kiçik gölməçələr yaradılaraq tənzimlənib. Ziyarətçilər üçün salınan gəzinti cığırları zaman ərzində ağarıb, gölməçələr isə firuzəyi rəngə boyanıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...