2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Dünyanı təhdid edən təhlükə

15-05-2024
IMG

Dünyanı təhdid edən təhlükələrdən biri də quraqlıqdır. Beləki, Avropadan ABŞ-na, Çindən Yaxın Şərqə qədər bir çox bölgəyə təsir edən bu təhlükə dünyanın əksər çay və göllərində ən aşağı su səviyyəsi ilə özünü göstərib.

Bu isə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ticarət və enerji sahələrində yeni risklər və çağırışlar deməkdir. Quraqlıq səbəbindən Türkiyənin Konya bölgəsində zamanla yerin altında əhəngdaşlarının əriyib boşluqlar əmələ gətirməsi və yerin çökməsi nəticəsində yaranan çuxurların sayı artır.

Karapınar rayonundakı Meyil çuxurunda azalan suyun rəngi bakteriya və əhəng konsentrasiyası səbəbindən qırmızı rəng alıb.

Paylaş: