Dünya okeanına hər il 11 milyon ton mikroplastik atılır
Dünya okeanına hər il 11 milyon ton mikroplastik atılır. Bu tullantıların əksəriyyəti plastik torlar və digər balıqçılıq ləvazimatlarından ibarətdir.
Fhnews.az xəbər verir ki, bu barədə Beynəlxalq Vəhşi Təbiət Fondu məlumat yayıb.
Mütəxəssislərin fikrincə, tullantıların təxminən 10 faizi qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin atdığı torlarıdır. Onlar mikroplastik ilə yanaşı, okeanlarda canlılara təhlükə törədir, çünki dəniz həyatı - delfinlər, köpəkbalığı, dənizatı və faunanın digər nümunələri də həmin torlara ilişirlər. Belə bir tələ onlar üçün ölümcül olur. Ağrılı ölümdən sonra onların cəsədləri digər dəniz heyvanları və balıqlar üçün yemə çevrilir. Həm də bütün canlılar plastik maddələrdən zərər çəkir.
Fondun nümayəndəsi olan təcrübəli dalğıc Andrea Yohanides xatırladır ki, torlar tədricən parçalanır və mikroplastik tullantıya çevrilir. Sonradan isə bu zərərli maddələr qida zəncirində insan orqanizminə daxil olur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...