2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Dünya çempionatı: Azərbaycan akrobatlarından növbəti qızıl medal

21-09-2024
IMG

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti medalı qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlar daha əvvəl qarışıq hərəkətlərdə birinci yeri tutublar.

Qeyd edək ki, ötən gün akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.

Paylaş: