2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Dünya çempionatı: Azərbaycan akrobatları qızıl medalların sayını 3-ə çatdırıblar

22-09-2024
IMG

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti qızıl medalı qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qarışıq hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıb. Akrobatika yığmamız isə komanda hesabında ikinci yeri tutub.

Paylaş: