Dünən Türkiyədə 48 yanğınla mübarizə aparılıb
İyulun 18-də Türkiyədə 34-ü meşə, 14-ü isə qeyri-meşəlik sahə olmaqla ümumilikdə 48 yanğınla mübarizə aparılıb. Bu yanğınlardan 9-u yüksək risk qrupuna daxil idi.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
Nazirin sözlərinə görə, yanğınlar Edirne, Bursa, Balıkesir, Manisa, Uşak, Kütahya və İzmir vilayətlərində baş verib. Dünən axşam saatlarında İzmirin Buca bölgəsində başlayan yanğın yaşayış məntəqələri üçün təhlükə yaradıb.
Hazırda yanğınların hamısı nəzarət altına alınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...