2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

DSMF: Bu il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 4,3 faiz artıb

10-12-2024
IMG

Bu ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 210,7 milyon manat və ya 4,3 faiz artım qeydə alınıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 143,8 milyon manat və ya 9,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 336,0 milyon manat və ya 11 faiz artım olub.

Paylaş: