DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “International Business Magazine” beynəlxalq təşkilatının müsabiqəsində uğur qazanıb.
Fhnews.az xəbər verir ki, Fondun təqdim etdiyi iş “International Business Magazine Awards” adlı beynəlxalq müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
DSMF “Pension Fund” kateqoriyası üzrə təşkilatın Dayanıqlı Sosial Təminat Siyasəti üzrə Mükəmməllik Sertifikatına layiq görülüb.
Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki Qaliblərin Siyahısında (https://intlbm.com/award-winners-2024/#tab-475334) yer alıb.
Bununla da 2024-cü ilin ötən dövrü ərzində DSMF 16 beynəlxalq mükafatla təltif edilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...