2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Dövlət Xidməti on bir ayda 72 min 406 mənşə sertifikatı verib

28-12-2024
IMG

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində 72 min 406 mənşə sertifikatı verilib.

Dövlət Xidmətindən bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artıb.

Mallar üzərində tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədilə müəyyən olunan mənşə sertifikatı ixrac və idxal əməliyyatları zamanı sahibkarların güzəştli gömrük rüsumlarından faydalanmasına şərait yaradır.

Paylaş: