Dövlət qulluğu imtahanından uğurla keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 22-də dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (A növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən verilən məlumata görə, bu, test imtahanında uğur qazanaraq sertifikat almaq üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlərə aiddir. Onlar sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürə bilərlər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət olunmalıdır. Ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə olunmalıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...