Dövlət Komissiyası: İctimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilməkdədir
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun media subyektlərində işıqlandırılması davam etdirilir.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Belə ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik beyində silinməz izlər buraxır”, “Narkotik sərhədiz fəlakətdir” adlı videoçarxlar, “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik televiziya kanalları vasitəsilə 2024-cü ilin yanvar-dekabr ayları ərzində ümumilikdə 29 min 563 dəfə yayımlanması, həmçinin ekspertlərin iştirakı ilə 167 xüsusi verilişin və narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərin hazırlanması təmin edilib.
Bununla yanaşı narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə, ölkə üzrə fəaliyyət göstərən 17 çap və 46 onlayn media subyektində ötən il ərzində ümumilikdə 5 min 129 informativ və maarifləndirici material dərc olunub.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...