2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

31-01-2025
IMG

Yanvarın 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda GRE General Test imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahanda 10 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrin “Educational Test Servis”in (EST) saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8-10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE General Test imtahanının fevralın 20-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.

Paylaş: