Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sabunçuda qanunsuz ağac kəsintisi faktı aşkar edilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...