Dönərxana sahibləri ilə maarifləndirici görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı şəhərində fəaliyyət göstərən dönərxanaların sahibləri ilə maarifləndirici görüş keçirib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbirdə sahibkarlıq subyektlərinə dönərxanada sanitar-gigiyenik tələblər, sanitar-texniki normalar və işçi heyət üçün gigiyena qaydaları ilə bağlı təqdimat nümayiş etdirilib, çiy dönərin və inqrediyentlərin saxlama temperaturuna riayət edilməsi, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə çiy dönərin saxlanması zamanı mal qonşuluğu prinsipinə əməl olunması və sair barədə tapşırıqlar verilib.
Sonda dönərxana sahiblərinin sualları cavablandırılıb, nöqsanların aradan qaldırılması yolları izah edilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...