2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Donald Tramp Suriya ilə bağlı açıqlama verib

31-01-2025
IMG

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Amerika Birləşmiş Ştatlarının  Prezidenti Donald Tramp Suriyada heç bir işlərinin olmadığını və bu mövzuda qərar verəcəklərini bildirib.

Jurnalistin "İsrail mediası ABŞ-nın Suriyadan qoşunlarını çıxaracağı ilə bağlı xəbərlər yayıb. Bununla bağlı qərar qəbul etdinizmi?" sualını cavablandıran Donald Tramp "Suriya mövzusunda qərar verəcəyik. Suriyaya müdaxilə etmirik. Suriyanın öz problemləri var. Onsuz da orada kifayət qədər qarışıqlıq var. Bizim müdaxilə etməyimizə ehtiyac yoxdur" – deyə cavab verib.

Paylaş: