2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək

14-12-2024
IMG

Dekabrın 15-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan küləyin sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə saniyədə 8-13, bəzi yerlərdə isə 15-20 metrədək zəifləyib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsilib. Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək.

Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Paylaş: