Dehlidən Londona uçan təyyarə bomba xəbərdarlığı ilə əlaqədar Frankfurta təcili eniş edib
Dehlidən Londona uçan Hindistanın "Vistara" hava yolları şirkətinə aid təyyarə göyərtədə bomba yerləşdirilməsi barədə xəbərdarlıqla əlaqədar Frankfurt aeroportuna təcili eniş edib.
Fhnews.az "Bild" qəzetinə istinadla xəbər verir ki, təyyarədəki 147 sərnişinin təxliyəsindən sonra hava gəmisində yoxlamalar aparılıb, bomba və digər təhlükəli əşya aşkarlanmayıb.
Təyyarə Frankfurt aeroportuna eniş etdikdən iki saat yarım sonra təyinat məntəqəsinə doğru hərəkət edib.
Qeyd edək ki, "Vistara" hava yolları şirkətinə aid təyyarələrə bomba yerləşdirilməsi barədə əvvəllər də dəfələrlə xəbərdarlıq edilib. Bu, son bir həftədə 20-ci yanlış bomba xəbərdarlığıdır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...