David Baker, Demis Hassabis və Con Jumper 2024-cü il Kimya üzrə Nobel Mükafatını sahibi oldu
İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında kimya üzrə 2024-cü il Nobel mükafatı laureatları açıqlanıb.
2024-cü il Kimya üzrə Nobel Mükafatı hesablamalı zülal dizaynı sahəsindəki işlərinə görə David Bakere, zülal strukturunun proqnozlaşdırılması üzrə işlərinə görə Demis Hassabis və Con Jumperə verilib.
Hassabis və Jumper zülalların mürəkkəb strukturlarını təxmin etmək üçün "AlphaFold2" adlı süni intellekt modelini inkişaf etdirərək mükafata layiq görülüblər, Bakerin bu mükafatı tamamilə yeni növ zülallar quraraq aldığı bildirilib.
Xatırladaq ki, 2023-cü il Kimya üzrə Nobel Mükafatı kvant nöqtələrinin kəşfi və sintezi üzrə işlərinə görə Moungi Gabriel Bavendi, Louis E. Brus və Aleksey Ekimova verilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...