2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Dənizkənarı Milli Park ərazisində batma təhlükəsi olan şəxs xilas olunub (video)

13-12-2024

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 2003-cü il təvəllüdlü Samir Abdullayev dalğıclar tərəfindən xilas edilib.

Paylaş: