2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Dənizin  çəkilməsi ilə 2500 illik limanın xarabalıqları üzə çıxıb

10-02-2025
IMG

Egey dənizinin şimalında eramızdan əvvəl 4-cü əsrdə inşa edildiyi təxmin edilən qədim limanın xarabalıqları dənizin çəkilməsi ilə ortaya çıxıb.
Balıkəsirdə Burhaniye rayonunda yerləşən Adramytteion Antik Şəhərinin liman xarabalıqları Egey dənizinin təxminən 40 metr çəkilməsindən sonra görünməyə başlayıb.

Dəniz çəkildiyi üçün Burhaniyənin İskele rayonundakı çimərlikdə kiçik adalar əmələ gəlib. Bölgədə yaşayan vətəndaşlar dənizin çəkilməsindən sonra ortaya çıxan liman xarabalıqlarını cib telefonları ilə lentə alıb.

Paylaş: