2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Danimarkada çimərlik ayaqqabılarla doldu

25-12-2023

Dünən Pia qasırğası zamanı Danimarkanın “Maersk” gəmisi Şimali Yutlandiya yaxınlığında 46 konteynerini itirib. Onlar hazırda dənizdə dreyf edirlər. Konteynerlərdən ən azı biri dənizdə açılılb.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto və videogörüntülər yayılıb.

Paylaşılan görüntülərə əsasən məlum olur ki, onun içində çəkmələr, idman ayaqqabıları, tibbi ləvazimatlar, avtomobil oturacaqlarının başlıqları və plastik təkərlər olub.

Yerli sakinlər təmizlik işində sahil xidmətinə kömək etmək üçün çimərliyə gəlirlər, lakin təbii ki, özləri üçün də bəzi şeylər götürürlər.

Etiketlər:
Paylaş: