Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin təsviri müəyyənləşib
Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydası təsdiqlənib.
Fhnews.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərarı imzalayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin təsviri, dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin spesifikasiyası, dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin nümunəsi və dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin verilməsi qaydası müəyyənləşəcək. Bu məsələlər hüquqi əsaslarla tənzimlənəcək, bu sahədə vahid sistemli yanaşma və nəzarət təmin ediləcək. Eyni zamanda, qatarların hərəkət təhlükəsizliyində müstəsna rol oynayan maşinistlərin təhlükəsiz fəaliyyəti təmin olunacaq.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...