2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

COP29 günlərində 10 minə yaxın müxtəlif QHT təmsilçisinin Azərbaycanda qonaq olması gözlənilir

14-11-2024
IMG

COP29 günlərində 10 minə yaxın müxtəlif QHT təmsilçisinin Azərbaycanda qonaq olması gözlənilir. Bunu nəzərə alaraq Milli QHT Forumu COP29-un keçirildiyi günlərdə qeyri-hökumət təşkilatları və xarici partnyorlarla birlikdə 50-yə yaxın tədbir icra edəcək.

Fhnews.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.

Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin artıq dördüncü günü olduğunu diqqətə çatdıran Aygün Əliyeva əlavə edib ki, bu proseslərdə QHT-lər dövlətlərdən sonra iştirakçılığı təmin edən ikinci ən böyük təsisatlardır.

Paylaş: