COP29-dakı Qazaxıstan pavilyonunda iqlim problemləri qarşısında elmi kommunikasiya müzakirə olunub
COP29 çərçivəsində Qazaxıstan pavilyonunun ərazisində “Qazaxıstanda iqlim problemləri kontekstində elmi kommunikasiya” sessiyası keçirilib.
Fhnews.az Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, iqlim davamlılığına və keçmiş daşqınlardan alınan dərslərə həsr olunmuş panel müzakirəsi zamanı ekspertlər elmi məlumatların ictimaiyyətə effektiv çatdırılmasına dair yanaşmaları müzakirə ediblər.
Kənd rayonlarının iqlim dəyişiklikləri ilə bağlı dialoqa cəlb edilməsi, ekoloji problemlərin işıqlandırılmasında medianın rolu və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri qaldırılıb.
Tədbir Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Potsdam İqlim Tədqiqatları İnstitutu ilə birgə təşkil olunub.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...