2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çinin şərqində kömür mədənini su basıb, üç nəfər ölüb

05-06-2024
IMG

Çinin şərqindəki Şandunq əyalətində kömür mədənini su basıb, nəticədə 3 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə zamanı 8 mədənçi sıxılmış vəziyyətdə qalıb, onlardan 5-i xilas edilib.

Həkimlər xilas edilənlərin vəziyyətini stabil qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: