Çindən yola salınan növbəti blok qatar ötən gecə Bakı limanına çatıb
Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı limanına çatdırılıb. 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri-qida məhsulları təşkil edib.
Fhnews.az xəbər verir ki, Bakı limanından verilən məlumata görə, idxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsilə gətirilən yüklər Bakı limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.
Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...