Çindən Avropaya daşınma xərcləri kəskin artıb
Süveyş kanalı ilə daşınma qiyməti kəskin artıb.
Fhnews.az xəbər verir ki, bu barədə “SkyNews” telekanalı Danimarkanın DSV nəqliyyat və logistika şirkətinə istinadən məlumat yayıb.
Çindən Avropaya ən qısa marşrutla tranzit qiymətləri bir konteynerə görə 3,1 min dollara yüksəlib. 2023-cü ilin noyabr ayından etibarən daşınma xərclərini qeydə alan Şanxay Konteyner Yük İndeksi (SCFI) 310 faiz artıb.
Bahalaşmaya səbəb kimi, Yəmən husilərinin də iştirakı ilə Qırmızı dənizdə münaqişənin artması göstərilir. Daşıyıcılar Süveyş kanalından yayınmağa və Afrika ətrafında marşrut seçməyə məcbur olurlar. Bu, çatdırılma müddətinin on gündən çox uzanması, gəmilərin daha çox yanacaq istifadə etməsi və şirkətlərin sığorta xərclərini artırıb maaşlara daha çox xərcləməsi ilə nəticələnir. Göstərilən digər amil fevral ayında Çində keçirilən Yeni illə əlaqədar gecikmələr ərəfəsində mallara tələbatın artması göstərilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...