Çində yük qatarı 6 dəmir yolu işçisini əzərək öldürüb
Çinin Heyloncian əyalətində dəmir yolu xəttində baş verən bədbəxt hadisə nəticəsində 6 nəfər ölüb.
Fhnews.az Çin Dəmir Yolunun Harbin bölməsinin açıqlamasına istinadla xəbər verir ki, Suyhua-Vancian xəttində hərəkət edən yük qatarı yolda təmir işləri aparan dəmir yolu işçilərini vurub. İki nəfər yerindəcə ölüb, ağır yaralanan 4 nəfər isə daha sonra ölmüş elan edilib.
Hadisə ilə əlaqədar xətdə qatarların hərəkəti bir müddət dayandırılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...