Çində yol qəzasında azı 10 məktəbli ölüb və ya yaralanıb
Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən ağır yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi xəbər yayıb.
Hadisə çərşənbə axşamı Tayan şəhərinin Dunpin kəndində yerli məktəblərdən birinin qapısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üstünə çıxıb.
Agentlik hələ ölən və yaralananların sayı barədə dəqiq məlumat verməyib.
Hadisənin səbəbləri açıqlanmır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...