2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çində vağzalın döşəməsi çöküb, 13 fəhlə dağıntı altında qalıb

05-12-2024
IMG

Çinin Quandon əyalətinin Şencen şəhərində quraşdırma işləri aparılan dəmir yolu vağzalının döşəməsinin çökməsi nəticəsində ən azı 13 fəhlə dağıntı altında qalıb.

Fhnews.az əyalət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla dekabrın 4-də axşam saatlarında Şencen-Cianmen dəmir yolu xəttinin Baoan rayonundakı hissəsində baş verib. Hadisədən dərhal sonra ətraf ərazidə yaşayanlar təxliyə edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hazırda itkin düşənlərin axtarışları davam edir.

Paylaş: