Çində süni intellektə əsaslanan ixtiraların sayı 378 minə çatıb
Çin Milli Əqli Mülkiyyət Administrasiyasının rəsmisi Gı Şu paytaxt Pekində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib. O, Çində süni intellektə əsaslanan ixtira patentlərinin sayının əvvəlki ilə nisbətən 40 faizdən çox artaraq 2023-cü ilin sonuna qədər 378 minə çatdığını bildirib.
Çinin əsas rəqəmsal iqtisadiyyat sektorlarında təsdiqlənmiş patentlərin sayının 406 minə yüksəldiyini ifadə edən Gı bunun ölkədəki ümumi ixtira patentlərinin 45 %-ni təşkil etdiyini qeyd edib.
Qeyd edək ki, Çində rəqəmsal iqtisadiyyatın əsas sektorları ümumi daxili məhsulun 10 %-ni təşkil edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...