Çində qasırğa nəticəsində 7 nəfər ölüb, itkin düşən var
Çinin cənubundakı Haynan ada əyalətində "Trami" qasırğası nəticəsində 7 nəfər ölüb, daha bir nəfər itkin düşüb.
Fhnews.az “Sinxua” agentliyinə istinadən məlumatına görə, bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Departamenti məlumat yayıb.
“Trami” bu il sayca 20-ci qasırğadır. Oktyabrın 28-dən Haynanın bir çox ərazilərinə güclü yağış yağıb.
Məlumata görə, 40 mindən çox insan təxliyə edilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...