Çində meşə yanğını
Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən meşə yanğını ilə əlaqədar 140-dan çox insanın təxliyə edildiyi bildirilib.
“Sinxua” agentliyinin xəbərinə görə, dünən günorta saatlarında Tibet Muxtar Vilayətinin Yaciang rayonunda kənd ətrafındakı meşə sahəsində yanğın baş verib. Yanğın böyüdükcə kənddə yaşayan 140-dan çox insan evlərindən təxliyə edilib.
Yanğınsöndürmə və xilasetmə işləri üçün bölgəyə 300 yanğınsöndürən və təcili yardım briqadaları göndərilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...