2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çində 'Köpək dağı' görənləri heyrətə  salıb.

26-02-2025
IMG

Yantszı çayının yanında yerdə it başı formalı, burnu suyun kənarında bir dağ diqqət çəkib.

Şanxayda yaşayan dizayner Quo Qinqşan Sevgililər Günündə tətil fotosunu paylaşaraq altına “Köpək dağı” yazanda bu şəkil Çində sensasiyaya səbəb olub, hətta bura turizm məkanına çevrilib.

Quo yanvarın sonlarında mərkəzi Çinin Hubei əyalətindəki Yichang şəhərinə səfər edərkən gəzintiyə çıxıb. Fotoları araşdırarkən əvvəllər diqqət etmədiyi bu dağ dıqqətini çəkib. Şəkilləri sosial media hesabında paylaşdıqdan sonra görənlər “Köpəyin duruşu sanki sakitcə Yantszı çayını qoruyur”-deyə heyrətləniblər.

Paylaş: